Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 961 563, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846 519 nəfərə çatıb.