“Şuşaya yaxın olan ərazilər Şuşaya birləşdirilməlidir. Hesab edirəm ki, belədə biz daha çevik idarəetməni tətbiq edə bilərik”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Şuşa muzeylər şəhəridir: “Ancaq onun ən böyük simvolu Əhməd bəy Ağaoğludur. Şuşada onun irsi yaradılmalıdır. Biz bu şəhərə dünya brendinə çevriləcək şəhər kimi baxmalıyıq”.