"“YAŞAT” xeyriyyə marafonu çox yüksək səviyyəli bir tədbirdir. Bu ilk növbədə Azərbaycan cəmiyyətinin həm daxildə, həm də xaricdə həmrəyliyinə yönəlik atılan ən vacib addımlardan biridir".

Bunu Unikal.org-a açıqlamasında deputat Fazil Mustafa deyib:

""YAŞAT" fondunun şəhid və qazi ailələrinə dəstəyi artıq Azərbaycan cəmiyyətində təqdirlə qarşılanır. Hər kəs bunu yüksək qiymətləndirir. Şəhid və qazi ailələrinin problemlərinin həlli, qazilərin müalicə olunması onların unudulmadığını, onların dövlətin diqqətində olduğunu və cəmiyyət tərəfindən də həmişə yüksək dəyərləndirildiyi mesajını verir.

Biz torpaqlarımızın azad edilməsi uğrunda şəhid olan insanlara bu dəyəri verməliyik, çünki onlar canlarını fəda edərək bizə bu torpaqlarda azad yaşamaq imkanı yaradıblar.

Bu, bizim vəfa borcunu yerinə yetirmək üçün atacağımız addımları koordinasiya etmək baxımından çox önəmli tədbirdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və "YAŞAT" fondunun rəhbərliyinə cəmiyyəti bu mövzuda səfərbər edə bildikləri üçün təşəkkür düşür".

Murad İbrahimli