“Hazırda karantin rejiminin müəyyən qadağaları yumşaldılır”.

Unikal.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O deyib ki, bu gün 14 min şəxs üçün magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirilir: “Biz yəqin ki, həmin imtahanının nəticəsini 2 günə elan edəcəyik. Eyni zamanda bu gündən ali və orta ixtisas təhsili müəssiələrinə də sənəd qəbulu başlayıb və iyunun 8-dək aparılacaq”.