Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığı ilə Vətən müharibəsi zamanı şəhid olanların ailələri və qazilərlə  görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, struktur, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.  Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunan qəbulda onları narahat edən problemlər və müraciətlər dinlənilib. 

Unikal.org xəbər verir ki, görüşdə səsləndirilən məsələlər arasında işlə təminat, müalicə, evlə təminat, qaz və su ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması kimi məsələlər üstünlük təşkil edib.

Vətəndaşların müraciətləri dinlədildikdən sonra Səməd Tomuyev mövcud çatışmalıqların qısa zamanda həlli üçün yerli əlaqədar orqanların nümayəndələrinə müvafiq tapşırıqlar verib. Digər məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilmək üçün qeydiyyata götürülüb.

Şəhid ailələri və qazilər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və şəhər rəhbərliyinin onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdalıqlarını bildirblər.