Piyadaların rahatlığı və təhlükəsizliyini təmin etmək üçün daha bir rayonda müvafiq işlər görülüb.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yeni svetoforlar quraşdırılıb, müvafiq nişanlanma xətləri təşkil edilib və nizamlanan eynisəviyyəli piyada keçidlərinin qarşısında panduslar inşa olunub.