Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib.

Unikal.org xəbər verir ki bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" sosial şəbəkəsində bildirib.

"Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür", - o deyib.