Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 735 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5321 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 031 nəfərə çatıb.