Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda 20-ə yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Unikal.org  xəbər verir ki, hadisə bölgədə yağan yağış səbəbindən qoşqulu maşının aşması nəticəsində baş verib.

Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Çox sayda insanın  xəsarət  aldığı bildirilib.