Gürcüstanda ötən sutkada daha 360 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 16 pasiyent ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 343 963 nəfər yoluxub, onların 4 773-ü vəfat edib.

Son 24 saat ərzində 1 195, ümumilikdə isə 327 618 nəfər sağalıb.