Erməni general  Karen Barseqyan idarə etdiyi avtomobillə qəza törədib.  

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, hadisə  gecə  saatlarında baş verib. Belə ki,  generalın idarə etdiyi "Nissan X-Trail" markalı avtomobili "Opel"lə toqquşub. Qəza nəticəsində  hər iki avtomobilin sürücüsü ağır yaralanaraq, xəstəxanaya  yerləşdirilib. 

Qeyd edək ki,  xəstəxanaya yerləşdiriləndən biri 58 yaşlı ordu generalı Karen Barseqyanın vəziyyətinin ağır olduğu bildirilib.