FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib.

Unikal.org  bu barədə “TRT Haber”ə istinadla xəbər verir.

Məlumata görə, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Səlahəddin Gülən FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş. Hazırda onunla bağlı araşdırma aparılır.