Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiryakos Miçotakisin NATO sammiti çərçivəsində görüşü gözlənilir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla mayın 31-də Afinada keçirdiyi ortaq mətbuat konfransında məlumat verib.