Aktrisa Bergüzar Korelin adına açılan saxta hesab başına bəla olub.

Unikal.org xəbər verir ki, İnstaqramı aktiv istifadə edən və başqa bir profili olmayan sənətçinin adına hesablar açılıb. Həmin platformadan isə dövlət əleyhinə paylaşımlar edilib.

Ankara polisi araşdırma apararaq profilin Korelin adına olduğunu düşünüb və işi İstanbul polisinə göndərib. Hakim araşdırmadan sonra tvitterdə olan profilin aktrisanın olmadığı ortaya çıxıb. Hazırda polis saxta istifadəçiləri axtarır.