Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən bildirilib.

“Uçuşlara qoyulan qadağa uzadıldı”, - deyə mənbə məlumat verib.

Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.

Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb.