Nikol Paşinyan axmaq, ağılsız və yalançıdır.

Unikal.org xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan deyib.

Xaçatryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın müharibədən sonra Baş Qərargaha sərhədin avadanlıqlarla təchiz edilməsi üzərində işləmək barədə təlimat verməsinə dair dediklərini təkzib edib:

"Yüzlərlə hərbçinin cəsədi zirzəmidə tapıldı. Ən azından qarın təmizlənməsi, şəxsi heyətin mövqelərə çatdırılması üçün lazımi avadanlıqların verilməsi ilə bağlı bir neçə dəfə müraciət etdik, amma heç nə edilmədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmaq lazım idi, artırmadılar, əksinə planlaşdırılanları azaltdılar, vəsait tapacaqlarına söz verdilər, heç nə etmədilər”.