İran Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsində qəza baş verib, ölənlər var.

Unikal.org xəbər verir ki, hadisə Xuzistan əyalətinin Dezful şəhərindəki dördüncü bazada qeydə alınıb.

Belə ki, F-5 təlim təyyarəsində uçuşdan öncə katapult sistemi gözlənilmədən işə düşüb və nəticədə təyyarədə olan hər iki pilot həyatını itirib.

Qeyd edək ki, bu, son iki ay ərzində İranda təyyarələrdə katapult sisteminin gözlənilmədən işə düşdüyü ikinci hadisədir.