Xalq artisti Faiq Ağayev İnstaqram səhifəsində atası ilə çəkilən arxiv fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki, sənətçi uşaqlıq illərində lentə alınan şəklə "Uşaqlıq - qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanıdır. Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın! 2 yaşlı mən və atam" qeydini yazıb.

İstifadəçilərin böyük əksəriyyəti Faiq Ağayevi atası Balağa Ağayevə bənzədiblər.

Qeyd edək ki, Xalq artistinin atası 2011-ci ildə vəfat edib.