Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı ilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə olunmasına dair tələb ləğv olunub.

Bu barədə Unikal.org-a Nazirlər kabinetindən məlumat verilib.

Həmçinin, qanunvericiliyə əsasən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.

Qeyd edək ki, ötən günlərdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən açıqlamada şəxsi avtomobillərdə maskadan istifadənin hələ də məcburi olduğu bildirilmişdi.