Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, 03.06.2021-ci il tarixindən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd olunub ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.