Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Marketinq” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayeva,  Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə    prorektoru,  iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanov, Bakı Biznes Universitetinin Elmi  işlər  üzrə  prorektoru,  hüquq üzrə fəlsəfə doktoru Məleykə Abbasova və Bakı Biznes Universitetinin Tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xatirə Əzizovanın təşkilatçılığı ilə  “Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqaiiliyyətliliyinə təsiri” mövzusunda onlayn təlim-seminar keçirilib.

Unikal.org xəbər verir ki, təlim-seminarda Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ATMU-nun “Marketinq” kafedrasının dosenti Elçin Süleymanov tədqiqat  mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması, elmi tədqiqat bazalarında profil açmanın faydalarından detallı danışıb. Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazarlardakı mövcud vəziyyətinə münasibət sərgiləyib.       

“Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqaiiliyyətliliyinə təsiri” mövzusuna həsr olunan təlim-seminarda “Web of Science Clarivate” bazasından elmmetrik və Scopus verilənlər bazalarından effektiv istifadə, Google akademik hesabın açılması, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlili, İmpact faktorlu elmi jurnallarda məqalə standartları, təqdiqat problemlərinin qoyuluşunda başlıca amil göstəriciləri diqqətdə saxlanılmaqla, nəzəri-praktiki- siyasi əhəmiyyətindən bəhs edilib.