2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş minik avtomobillərinin sayı azalıb.

Unikal.org xəbər verir ki, qeyd olunan müddət ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu vəyarımqoşquların istehsalı sahələrində 85,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,7 dəfə artıb.

Yanvar-aprel aylarında 508 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə traktorların istehsalı 54,3 faiz artıb.