“Rizəspor” klubu prezidentsiz qalıb.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisinin rəhbəri Hasan Kartal vəzifəsindən istefa verib.

Bunu Kartal özü yerli mətbuata açıqlamasında bildirib. O, bundan sonra rəhbər postda olmayacağını söyləyib.

Qeyd edək ki, “Rizəspor” ötən mövsüm Super Liqada 13-cü yeri tutub.