Türkiyəli model və  sosial media fenomeni  Şeyma Subaşı ailə həyatı qurur.

Unikal.org xəbər verir ki, o, uzun müddətdir sevgili olduğu Misirli milyarder sevgilisi Məhəmməd Alsalussidən dəniz sahilində evlilik təklifi alıb. Belə ki, Şeyma evlilik təklifi  aldığı anları "Instagram"da paylaşıb. Modelin iri daşlı üzüyü də diqqət  çəkib.

Qeyd edək ki,  Şeyma Subaşı məşhur teleprodüser Acun Ilıcalı ilə evli olub. Bu izdivacdan onların bir qızı var.