Sabah başlayacaq “Formula-1” üzrə Azərbaycan Qran-Prisində iştirak edəcək Valtteri Bottas yarışda qüvvəsini sınaya biləcək.

Unikal.org-un məlumatına görə, “Mersedes”in pilotu artıq Bakıya yola düşüb.

Bunu Bottasın özü sosial şəbəkə səhifəsində açıqlayıb. Finlandiyalı pilot Helsinki hava limanında uçuşla bağlı üzləşdiyi problemləri arxada qoyub. Aeroportda 6 saat qalmalı olan Bottas yarışöncəsi media-gündə də onlayn şəkildə iştirak edib.

Qeyd edək ki, fin cari mövsüm üç mərhələdə ikinci olubsa, iki dəfə finişə belə çatmayıb. 5 mərhələdə 47 xal toplayan Valtteri komanda yoldaşı Lüis Hamiltondan 54 xal geridədir.