Türkiyəli məşhur aktrisa  Dilan Çiçek Deniz  dondurma reklamından aldığı qonorarla diqqət  çəkib.  

Unikal.org xəbər verir ki,  26 yaşlı aktrisa, dünya şöhrətli İspan serialı "La Casa de Papel" ilə əməkdaşlıq edərək dondurma  reklama çəkilib. İlkin qonorar olaraq isə 500 min TL (97 min azn) pul alıb. 

Hər kəsin diqqətini  çəkən reklamda Dilan "Magnum X" dondurmasını əldə  etmək üçün "La Casa de Papel" serialından olan səhnələri  canlandırıb. 

Qeyd edək ki, gənc aktrisa bundan əvvəl   "Alev-Alev"  serialında  "Rüya" obrazını  canlandırırdı.