“Formula-2” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib.

Unikal.org-un məlumatına görə, ilk qəza birinci sərbəst yürüş zamanı yaşanıb.

“Trident” komandasının pilotu Marina Sato 15-ci döngədə səddə dəyərək idarəetməni itirib. Nəticədə bolidinin təkəri sıradan çıxıb və pilot yarışı dayandırmalı olub.

Birinci sərbəst yürüş zamanı Lirim Zendeli də xoşagəlməz halla üzləşib.

“MP Motorsport” pilotunun 3-cü döngədə idarə etdiyi bolidin sükanı mexanizmində problem yaşanıb. O, bu səbəbdən idarəetməni itirərək, çıxışını dayandırıb.