Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. 

Özünü qanunsuz tikilinin sahibi kimi təqdim edən dünya və Avropa çempionu Araz Musayevlə bağlı FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayoru Hikmət Abbasov Unikal.org-a açıqlama verib. 

General bildirib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi  Araz Musayevin əməlləri araşdırılır: "Onunla bağlı yekun qərar araşdırıldıqdan sonra yaxın günlərdə nazirlik tərəfindən qəbul ediləcək". 

Orxan Həsənli