"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib.

Unikal.org-un məlumatına görə, pilotlar saat 13:30-dək bolidlərini sınaqdan keçirəcəklər.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.