"İlk dəfə 2003-cü ildə "Eurovision"da "Tatu" qrupunu sevmişdim. Daha sonra Samir Cavadzadə və Elnur Hüseynov gedəndə həvəslənmişdim ki, mən də istəyirdim".

 Unikal.org xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi "10-da görüşək" proqramında deyib. Sənətçi "Eurovision 2011" qalibi Nigar Camala həsəd apardığını etiraf edib:

"Eldarla Nigar gedəndə hər zaman deyirdim ki, o qızın yerində mən olmalıyam. Deyirdim, mən olmalı idim. Beynimdə səhnəciklər qururdum, oxuyurdum, həvəsli idim".