Braziliyada son sutka ərzində daha 37 936 nəfərin koronavirus infeksiyasına yoluxması, 1454 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 16 841 408 nəfər yoluxub. Bu müddət ərzində 470 842 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 15 239 692 xəstə müalicə olunaraq sağalıb.