"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib.

Unikal.org-un məlumatına görə, pilotlar ilk sprint yarışında mübarizəyə başlayıb.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq.

Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.