Ermənistanda son sutkada koronavirusa 93 yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 143-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 2 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 454-ə yüksəlib.

Koronavirusdan 214 268 nəfər müalicə olunub. Hazırda 3 331 pasiyent müalicə olunur.