Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 iyun tarixlərində Fransada səfərdə olacaq.

Unikal.org Türkiyə XİN-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarı Jan-İv Lö Drianın dəvəti ilə Fransaya səfər edəcək.

Tərəflər Türkiyə ilə Fransa, Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.