Gürcüstanın Abastumani kurort qəsəbəsində meşədə itkin düşən 7 gənc tapılıb.

Unikal.org  xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənclərin hamısı sağ-salamatdır və həyatları üçün heç bir təhlükə yoxdur.

Axtarış-xilasetmə əməliyyatında 50-yə yaxın xilasedici və reyncer iştirak edib.

***13:10

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.

Unikal.org xəbər verir ki, onlarla əlaqə üç gün öncə kəsilib.

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir.(report.az)