Qırğızıstan və Tacikistan sərhədə yerləşdirdikləri qoşunlarını geri çəkiblər.

Unikal.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qoşunlar iki ölkə nümayəndə heyətləri arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı aparılan danışıqlar nəticəsində geri çəkilib.

Hazırda sərhəddə vəziyyətin stabil olduğu bildirilir.