Hindistanda  daha bir qəribə  hadisə yaşanıb.  

Unikal.org xəbər verir ki, xəstəxanada müalicə alan 70 yaşlı qadın koronavirusdan vəfat edib. Bundan sonra qadın Hindistan ənənələrinə uyğun olaraq yandırılıb. Lakin 2 həftədən sonra qadın yaşadığı evə sağlam qayıdıb. Bunu görən övladları analarının sağ qalmasına inanmayıblar. 

Belə ki, yenidən xəstəxanaya müraciət edən övladlar analarının ölüm sənədlərinə baxış keçiriblər.  Məlum olub ki, analarının sənədləri başqa bir qadının sənədləri ilə qarışıb. Xəstəxana müdiriyyəti bunun bağışlanmaz bir səhv olduğunu  bildirərək, ailədən üzr istəyib.