"Daha bir gün keçirdiyimiz üçün şükür edək. Kənardan görünən parıltıya inanmayın. Fotoya effekt verilir çox vaxt".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi İnstaqram izləyicilərinin məşhurlara bəxtəvərçilik verməsindən bəhs edib:

"İnanın ki, sizin qəlbinizin təbii işığı o süni parlaqlıqdan güclüdür. Həsəd aparmayın, əksinə özünüz olmaq üçün özünüzü sevib fəxr edin. Qürur heç bir var-dövlətə və ya gözəlliyə bərabər deyil. Haqsızlıq gördükcə əsəbiləşməyin. Biz bu dünyada qonaq kimi yaşayırıq, haqq hər zaman yerini tapacaq".