Tiflisin Sanzona qəsəbəsində evə ildırım düşüb.

Unikal.org xəbər verir ki, nəticədə evin dam örtüyü yanıb, bəzi evlərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb. Sonra güclü leysan yağıb. Küçə və prospektlərdə avtomobillərin hərəkətində problemlər yaranıb. Bəzi evlərin birinci mərtəbələri və zirzəmiləri su ilə dolub.

Bundan bir qədər sonra Tiflis yaxınlığında zəlzələ qeydə alınıb.