Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına sarsıdıcı zərbə vurub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.

Bildirilib ki, “Doktor Hüseyn” ləqəbli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd olunub ki, PKK-ya 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. O, İraqın şimalında yerləşən Mahmur terror düşərgəsində zərərsizləşdirilib.