İyunun 5-də İsmayıllı rayonuna növbəti səfərini edən millət vəkili Novruz Aslanov rayonun Uştal, Soltan kənd və Qalagah kəndlərində seçiciləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, epidemioloji qaydalara uyğun olaraq keçirilən qəbula gələn sakinlər şəxsi məişət problemləri ilə yanaşı kəndin su, yol problemləri, iş və təhsililə bağlı məsələləri deputatın diqqətinə çatdırıblar. Bir neçə məsələ yerindəcə həll edilib, həlli zaman tələb edən məsələlər barədə deputat əlaqədar qurumlara müraciət ediləcəyini bildirib.

Əhaliyə dəstək məqsədi ilə ərzaq yardımların edilməsi nəzərdə tutulub.