“Rusiya NATO ilə dialoqdan geri çəkilmir”.

Unikal.org-un verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, ölkəsinin Şimal Alyansı ilə dialoqa hazır olduğunu söyləyib: “Rusiya NATO ilə deskalasiya və insidentlərin qarşısının alınması məsələlərini müzakirə etməyə hazırdır. Lakin hərbi ekspertləri cəlb etmədən bu dialoqun mənası olmayacaq. Bu, NATO baş katibi cənab Stoltonberqə də yaxşı məlumdur”,deyə Rusiya XİN rəsmisi NATO baş katibinin “Rusiya görüşmək təklifimizə cavab verməyib” bəyanatına münasibət bildirərkən deyib. ​ ​