Ermənistan xarici işlər nazirinin bütün müavinləri vəzifələrindən istefa veriblər.

Unikal.org  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istefa ərizələri ötən həftə baş nazir dəftərxanasına təqdim olunub.

Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.