ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.

O, qeyd edib ki, Ağ Ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqona dəvət edib.

Onun sözlərinə görə, Bayden Zelenski ilə söhbətində Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Sallivanın sözlərinə görə, Bayden Zelenskini iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək görüşündə Ukraynanın maraqlarını müdafiə edəcəyinə əmin edib. "Prezident Bayden prezident Zelenskiyə dedi ki, o Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü, həmçinin onun gələcək səylərini mətanətlə müdafiə edəcək. O həmçinin prezident Zelenskiyə bildirdi ki, bu yay Avropadan qayıtdıqdan sonra Ağ Evdə onu qəbul etmək imkanını səbirsizliklə gözləyir", - Sallivan deyib.