Şahzadə Harri ilə aktrisa həyat yoldaşı Meqan Marklın ikinci övladı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, hazırda Kaliforniyada yaşayan cütlüyün iyunun 4-də qızı olub.  Onlar uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Harrinin anası şahzadə Diananın şərəfinə Lilibet Diana adını veriblər.

Qeyd edək ki, Harri və Meqan Marklın bir oğlu da var.