Kanadanın Ontario şəhərində  müsəlman ailə naməlum avtomobilin hücumuna  məruz qalıb. 

Unikal org xəbər verir ki,  5 nəfərdən ibarət ailə üzvləri Hyde Park Yolunda səkidə gedərkən anidən üzərilərinə gələn avtomobilin altında qalıblar. Nəticədə  4 nəfər ölüb, bir nəfər isə  ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.  YAralının  ailənin azyaşlı övladları olduğu qeyd olunub. 

Cinayəti  törədən şəxs isə  hadisə yerindən 20 kmm uzaqlıqda polislər  tərəfindən saxlanılıb.  Hadisənin baş vermə səbəbi araşdırılır.