““Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyəti oğru kimi tanıtmaq istəyib”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Hüquqşünas olduğunu xatırladan deputat bildirib ki, oğurluğun həcmi 100 manat məbləğində deyilsə, bu hal oğurluq kimi qeydə alınmır: “İnzibati xətanı Nigar Köçərli özü törədir. Oğrular, adətən, kitab oğurlamır, kitab oğurlayan da oğru olmur”.