Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.