“Niyə görə bizim büdcəmiz 80 milyard deyil, 20 milyarddır. Əgər deyilirsə korrupsiya olmamalıdır, demək olmamalıdır. Deyiriksə qiymətlər bahadır, demək baha olmamalıdır”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

“Biz yerlərə indi gedəcəyik. Biz camaatın qabağına necə çıxaq? Axı siz çıxmırsınız. Ona görə də hər problemi bizə deyirlər. Biz bir şeyi qurmamış köhnəni dağıdırıq. Bir təhsil qanununu on ilə qəbul etdik. Bizim təhsilimiz olmasa, irəli gedə bilmərik. Biz son yüzilliklərdə elm və təhsil sahəsində geri getmişik. Xahiş edirəm, hökumət təhsil sistemini yenidən qursun”, - o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, hamı birlikdə yığışıb problemləri aradan qaldırmalıdır.