Əfqanıstanın Fəryab vilayətinin Dövlətabad rayonu Talibanın nəzarətinə keçib.

Unikal.org  xəbər verir ki, bu barədə Fəryab Vilayət Şurası vəkili Əbdül Mənnan Kati məlumat yayıb.

O bildirib ki, silahlıların bölgəyə hücumu zamanı iki təhlükəsizlik işçisi öldürülüb, vilayətin icra hakimiyyəti binasında 30 təhlükəsizlik işçisindən isə xəbər yoxdur. Qeyd edək ki, dünən Taliban Əfqanıstanın Qor və Uruzqan vilayətlərini nəzarətə götürmüşdü.